"Dövran Media" şirkəti 2016-ci ildə yaradılıb. Şirkət media, PR və reklam işlərinə aid bütün növ xidmətləri yerinə yetirir:

- televiziyalarda, radiolarda, qəzetlərdə, jurnallarda, saytlarda monitorinqlərin (onlayn xidmətlər) aparılması və müştərilərə vaxtında çatdırılması
- şirkətlərin fəaliyyətinin, apardıqları kampaniyaların mediada işıqlandırılması
- konfrans və müxtəlif tədbirlərin təşkilatçılığı
-reklam məqsədli tanıtım filmlərinin, sənədli filmlərin və digər qısa metrajlı videoçarxların xüsusi istehsalı və yayımı
- professional foto-video çəkilişləri və s.
"Dövran Media" eyni zamanda XƏBƏR PORTALI kimi də fəaliyyət göstərir.
Xəbər portalı olaraq ABŞ, Türkiyə, Rusiya və dünyanın digər ölkələrində baş verən hadisələrlə bağlı operativ məlumatlar yayımlayır.
2020-ci ilin Fevral ayından "Dövran Media" MMC-nin yeni portalı fəaliyyətə başlayıb. Avtodm.az domeni ilə online mediya bazarına daxil olan avtomobil portalı ölkədə və regionda birinci olmağı hədəf seçmişdir. Ölkədə və regionda avtomobil satışı və alışı etmək istəyən istənilən şəxs bu portalda elanlarını yerləşdirə biləcək, eyni zamanda istədiyi avtomobil markasını seçib aça biləcəkdir.
Bundan əlavə avtodm.az saytında avtosalonların, avtomobil ehtiyat hissələrinin də elanlarını yerləşdirmək və avtomobil dünyasında baş verən yeniliklərlə bağlı davamlı xəbərləri izləmək mümkün olacaqdır.

Qeyd edək ki, www.devranmedia.com www.devranmedia.az saytı istər mükəmməl dizayn, istərsə də geniş fəaliyyət miqyası baxımından Azərbaycan media sektorunda təsis edilən ilk spesifik media şirkətidir. Fəaliyyətimizin əsas məqsəd və məramı nümunəvi, davamlı inkişafda olan bir şirkət yaradaraq dünya azərbaycanlılarının bütün sahələrdə maariflənməsi, intellektual, informasiya xarakterli məlumatların onlara düzgün və obyektiv şəkildə çatdırılmasından, dinamik və sivil innovativ biznes layihələrin təklifi və tətbiqindən ibarətdir.